Polis Şöbəsinin silah anbarından Serbiyanın əl qumbarası çıxdı

25 Aprel 2017 13:11 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən aprelin 25-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 134 ədəd partlamamış hərbi sursat, 108 ədəd tank əleyhinə mina və 10 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 295 483 kv.m ərazi (547 629 kv.m əl, 665 400 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 969 454 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.

AzNews.az