Deputatdan köhnə maşınların yığışdırılmasına cavab: “Pul yoxdur”

25 Aprel 2017 15:18 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deputat Elmira Axundovanın köhnə model maşınları, xüsusilə də, Rusiya istehsalı olan maşınlar yol hərəkətindən çıxaraq” təklifini şərh edərkən deyib. O, qeyd edib ki, dövlət bu addımı atacağı təqdirdə köhnə avtomobil sahiblərinə yeni maşın almağa şərait qurmaq lazımdır:

İndi rəsmi deyil, qeyri-rəsmi statistik göstəricilərə baxsaq görəcəyik ki, insanların dolanışığı bu ucuz avtomobillərdən çıxır. Nə qədər qəza şəraiti yaratsa belə, həmin insanların çörəkpulunu nəzərə alıb, köhnə avtomobillərin fəaliyyətdə oması vacibdir.

Fazil Mustafanın fikrincə, bu addımı yalnız əhalinin sosial vəziyyətinin yaxşılaşdırıldığı təqdirdə lazımdır.

Millət vəkili Elmira Axundova Milli Məclisdə yeni təklif səsləndirib. O, qeyd edib ki, köhnə model maşınları, xüsusilə də, Rusiya istehsalı olan maşınlar yol hərəkətindən çıxardılsın. Əvəzində isə həmin avtomobil sahiblərinə müəyyən məbləğdə vəsait və yaxud çek verilsin.

Bahar RÜSTƏMLİ

AzNews.az