Türkiyənin xanım naziri Bakıda - Foto

25 Aprel 2017 18:11 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu gün nazir Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Həmçinin akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. F. Kaya Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsinin önünə də əklil düzüb.