Bakıda ev yandı

26 Aprel 2017 09:02 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli, 1 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 10 m2 sahədə, içərisindəki əşyalar qismən yanıb və yüksək temperaturdan mətbəxin qapı və pəncərəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 2:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.