Yasamalda bıçaqlanma - Maşın tutub qaçdı

26 Aprel 2017 09:30 (UTC+04:00)

"Report" xəbər verir ki, 1999-cü il təvəllüdlü Xaliqzadə Elvin Rasim oğlu Z.Kərimov küçəsində yerləşən qəbiristanlıq ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisədən sonra o özü yaralı vəziyyətdə yola çıxaraq avtomobillərə əl edib və kömək istəyib. E.Xaliqzadə maşınlardan biri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Həkimlər çoxlu qan itirən yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az