16 yaşlı oğlana hökm oxundu - 1 il 6 ay həbs

26 Aprel 2017 13:49 (UTC+04:00)

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.K. 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, 16 yaşlı O.K həmyaşıdına söyüş söydüyünə görə, bıçaqla xəsarət yetirib. O, Cinayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa zərər vurma) maddəsilə ittiham olunub.

AzNews.az