İş adamından Aşıqlar Birliyinin qərarına münasibət - “Qohumum, tanışım deyil ki...”

26 Aprel 2017 16:13 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Qalib Qrup MMC-nin baş direktoru Fuad Vəliyev itlərin “toyu”nda balaban ifa edən Haqverdi Əliyevin Aşıqlar Birliyindən qovulmasına münasibət bildirərkən deyib. O, Aşqılar Birliyinin qərarı ilə qətiyyən maraqlanmadığını vurğulayıb:

“Nəyimizə lazımdır? Qohumum, tanışım deyil ki... Üstəlik tanınmış sənət adamı da deyil. 50 manata iki aşıq gətirmişik. 20 manata oxuyub qonaqları əyləndirib. Aşıq onun, balabançı onun, necə istəyirlərsə qərar verə bilərlər. Məni yormasınlar.”

Goranboylu iş adamı Qalib Mustafayevin itlərinin toyunda iştirak edən balabançı Haqverdi Əliyev Azərbaycan Aşıqlar Birliyindən qovulub. Buna səbəb onun təşkilatın nizamnaməsini kobud surətdə pozması, sənətə və sənətkara yaraşmayan hərəkətlərə yol verməsidi.

Bahar RÜSTƏMLİ

AzNews.az