ARDNŞ İsveçrədə məhkəməyə verilir

6 Fevral 2013 12:34 (UTC+04:00)




İsveçrədə azərbaycanlıların yaratdığı Beynəlxalq Haqq və Ədalət Assosiasiyası fevralın 23 də Surix şəhərində SOCAR Blach Sea şirkətinin qarşısında etiraz mitinqi təşkil edəcək. Bu barədə Assosiasiyadan "Azadlıq" qəzetinə daxil olan məlumatda deyilir. Məlumatda bildirilir ki, Assosiasiya İsveçrədə SOCAR-a qarşı məhkəmə davası açmağa hazırlaşır.

Assosiasiya xatırladır ki, hələ ötən il ARDNŞ və onun İsveçrədə fəaliyyət göstərən SOCAR adlı törəmə şirkətləri haqqında ilkin məlumatlar hazırlayıb, araşdırmalara başlayıb. Assosiasiya 6 nəfər mütəxəssisdən ibarət ekspertlər qrupunun araşdırma hesabatını başa çatdırdığını, tezliklə Azərbaycan ictimaiyyətini sənədlə tanış edəcəklərini bildirir.

Assosiasiyanın hüquqşünaslar qrupu tanınmış hüquqşünas, doktor J.Şneyder-Marfelsin rəhbərliyi ilə İsveçrədə SOCAR-ı məhkəməyə də həmin hesabatlar əsasında verəcək.

AzNews.az