Bakı hotelində darıxan turistdən - Möhtəşəm zarafat + Fotolar

27 Aprel 2017 12:53 (UTC+04:00)

İş ilə əlaqədar səfərə çıxanlardan bu səfərlərin nə dərəcədə əyləncəli olduğunu soruşsanız, cavab “darıxdırıcıdır” olacaq. Siz yad ölkəyə gəlirsiniz, hotelə yerləşirsiniz, hər gün eyni yerdə yalnız yeyir, yalnız yatırsınız.

Seyyah.az xəbər verir ki, belə səyyahlardan biri darıxmamaq üçün kreativ yol tapıb. O, hər səhər yatağında şən, qəribə fiqurlar hazırlayırdı.

Hotelin əməkdaşı olan xanım da hər əsərə cavab yazırdı. Bu “macəra” bir neçə gün davam edib və sonunda turist hoteldə çalışan xanıma xoş sürpriz edib.

AzNews.az