Mal ətinin qiyməti endi- 9 manat

27 Aprel 2017 13:07 (UTC+04:00)

Bərdə rayon sakinlərinin AzNews.az-a verdiyi xəbərə görə, 11 manata satılan mal ətinin 1 kiloqramı artıq bazarlarda 8 manata satılır.

Rayondan bildirdilər ki, 20 gündən artıqdır ki, mal əti bu qiymətə satılır. Ət satıcıları qiymətin enməsini mövsümlə əlaqələndiriblər.

Mal ətinin qiymətinin enməsi qoyun ətinə təsir göstərməyib. Hazırda qoyun ətinin 1 kiloqramı 10 manat təşkil edir.

Bahar RÜSTƏMLİ

AzNews.az