Gənc qız ölən dayısının evini yardı - Bakıda + Foto

27 Aprel 2017 13:29 (UTC+04:00)

Bu barədə AzNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Zərərçəkən şəxs oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verəndən sonra ərazi üzrə Nərimanov RPİ və 18-ci PB əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib. Ev sahiblərinin izahatı alınıb müvafiq olaraq əl-barmaq izləri götürülüb. Hadisə yerinə baxış zamanı məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən N.Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub. O, ifadəsi zamanı qohumlarının evdə olmamasından istifadə edərək planlaşdırdığı oğurluq hadisəsini tanışı Ə.Nəbiyevlə birlikdə həyata keçirdiklərini etiraf edib.

Qeyd edilən faktlarla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az