95 yaşlı təqaüdçü İnstagram fenomeni oldu - Fotolar

27 Aprel 2017 21:45 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda Ernestina Vyana küçələrində gəzişərkən mağazalardan birinin vitrinində dayanan it onun diqqətini cəlb edir. Mağazaya daxil olaraq, iti sığallamağa başlayıb. Həmin vaxt mağazanın sahibləri çox zövqlü görünən bu xanımdan onların satdığı geyimi geyinərək şəkil çəkdirməyi xahiş ediblər.

Mağaza sahibinin sözlərinə görə Ernestinaya eleqant üslubda geyim təqdim edəndə, o, kamera qarşısında zərif görünməyə çalışırdı. Onu daha çılğın üslubda geyindirəndə isə, əhval-ruhiyyəsi də dəyişirdi. Sanki, onun anadangəlmə modellik istedadı var imiş.

Ernestina bu xahişi yerinə yetirib. Bundan sonra isə 95 yaşlı xanım gözlənilmədən məşhurlaşmağa başlayıb. Hətta Vogue jurnalının Amerika versiyası belə onun haqda geniş yazı dərc edib.