Daha bir nəfər intihar etdi

28 Aprel 2017 09:52 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Mirzəyev Həbib Ələkbər oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az