İki evdən eyni üsulla 24 min manatlıq qızıl oğurlanıb - Bakıda

28 Aprel 2017 15:56 (UTC+04:00)

“Report”un xəbərinə görə, Ə.Naxcıvani küçəsindəki evlərdən birində yaşayan 1954-cü il təvəllüdlü Alxan Məmmədovun evindən açarseçmə yolu ilə 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Oxşar hadisə rayonun Biləcəri qəsəbəsində də baş verib. Belə ki, orada R.İsmayılov küçəsindəki evlərdən birində yaşayan 1952-ci il təvəllüdlü Çərkəz Məhərrəmovun evindən həmin qaydada 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarınin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

AzNews.az