Aptekdə qadının pulunu oğurlayan kişi anbaan kameraya düşdü - Video

28 Aprel 2017 17:46 (UTC+04:00)

ARB TV xəbər verir ki, Azər Səfərovun oğurluq etməsi aptekdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Həmin kamera görüntülərində saxlanılan şəxsin xanımın pul çantasını necə oğurlaması öz əksini tapıb. Səfərov ifadəsi zamanı oğurluq etdiyini və çantada olan pulu götürəndən sonra şübhə yaranmasın deyə onu geri gətirib qoyduğunu etiraf edib.

Azər Səfərov – Saxlanılan şəxs: “Sahibinin başı qarışıq idi. Pulqabısını götürdüm. İçində 400 manat pulu götürüb, pulqabını yenidən yerinə qoydum”.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzNews.az