Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin görüşü baş tutdu - Moskvada

28 Aprel 2017 19:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Görüş zamanı Dağlıq Qarabağ məsələsinin nizama salınması istiqamətində prosesin irəliləyişinin perspektivləri müzakirə edildi. Ötən ilin may və iyununda Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların icrasının vacibliyi vurğulandı.

Nazirlər müzakirə edilmiş məsələlərin həlli üçün danışıqların davam etdirilməsinə dair razılığa gəldilər.