Quba məzarlığı ilə bağlı təcili müşavirə niyə təxirə salınıb?- Səbəb

29 Aprel 2017 10:43 (UTC+04:00)

AzNews.az "modern.az"-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Qəhrəman Ağayev yenidən məlumat verib. Onun sözlərinə görə, nəzərdə tutulan müşavirə təxirə salınıb.

“Bilirsiniz ki, Quba məzarlığının vəziyyəti ilə əlaqədar müşavirə keçirilməsi təyin olunmuşdu. Lakin qısa iclas keçirə bildik və müşavirə təxirə salındı.

Səbəb isə Formula-1 və İslam Oyunlarıdır. Bizə bildirildi ki, bu oyunlar bitəndən sonra müşavirə tarixi yenidən təyin olunacaq. Məzarlığın şüşə örtüklə təmin olunması ciddi məsələdir və müəyyən məbləğ tələb edir. Bununla bağlı geniş müzakirə aparılmalıdır. Hələki bir az gözləməliyik”.

Qeyd edək ki, ötən həftə deputat Vahid Əhmədov Quba məzarlığının uçma təhlükəsi ilə əlaqədar həyəcan təbili çalıb.O, məzarlığın probleminin qarşısını almaq üçün prezident İlham Əliyevə müraciət edib.