Avtomobil işıq dirəyinə çırpıldı - 1 nəfər xəsarət aldı

29 Aprel 2017 16:50 (UTC+04:00)

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu Bağ küçəsində qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospekti ilə Xaldan qəsəbəsi istiqamətində hərəkət edən "Mersedes" markalı 09-BJ-440 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Rauf Qabil oğlu Kərimov idarəetməni itirərək avtomobili yol kənarındakı işıq dirəyinə və ağaclara çırpıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az