Qırğızıstanın Azərbaycandakı səfirliyində matəm kitabı açılacaq

29 Aprel 2017 17:09 (UTC+04:00)

Bunu APA-ya Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov bildirib.

Matəm günü ilə əlaqədar sabah səfirlik fəaliyyət göstərəcək.

Qeyd edək ki, aprelin 29-da yerli vaxtda saat 07.20 radələrində Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb. Bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev 24 nəfərin ölməsi ilə əlaqədar 30 aprelin milli matəm elan edilməsi barədə sərəncam imzalayıb.

AzNews.az