Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulub

29 Aprel 2017 19:09 (UTC+04:00)

“Report”un məlumatına görə, XXVIII turun son matçında milli çempionatların daimi iştirakçıları - "Neftçi" ilə "Qarabağ" üz-üzə gəliblər.
"Bakcell Arena"da baş tutan oyunda çempionluğu təmin edən Ağdam təmsilçisi avrokuboklardan kənarda qalan paytaxt klubunu 2:1 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra "Qarabağ" xalını 62-yə çatdırıb. "Neftçi" isə 29 xalla mövsümü 7-ci pillədə başa vurub.
Qeyd edək ki, XXVIII turun ilk 3 oyununda Avropa Liqasına vəsiqə verən 4-cü pillənin sahibi müəyyənləşib. Səfərdə AZAL-a 3 cavabsız qolla qalib gələn "Zirə" avrokubokda iştirak etmək hüququna yeyələnib. Digər qarşılaşmalara gəlincə, "Sumqayıt" "Qəbələ"ni 2:1, "Kəpəz" isə "İnter"i 1:0 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 aprel

“Neftçi” – “Qarabağ” 1:2
Qollar: İqnasio Herrera, 89 - Dino Ndlovu, 47. Ruslan Abışov, 60 - öz qapısına.
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”
İlk üç dövrə - 0:3, 0:2, 1:1

AzNews.az