“Bundan sonra vəkilsiz danışmayacağam”

6 Fevral 2013 15:11 (UTC+04:00)
Sabiq deputat Gülər Əhmədovanın "mandat alveri"ndə vasitəçilik etmiş mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov özünə vəkil tutacaq.

Bu barədə o özü Modern.az-a məlumat verib. Bildirib ki, sabiq deputat Gülər Əhmədovanın əri barəsində cinayət işinin açılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyib.
Ayxan Məmmədov onu da bildirib ki, anasının ölümü və bu məsələlərlə bağlı özünə vəkil tutacaq və bu barədə vəkili nə desə, onu da edəcək:

"Gülər Əhmədovanın əri barəsində cinayət işinin açılması üçün heç bir yerə müraciət etməmişəm. Bu məsələ ilə bağlı özümə vəkil tutacam. Vəkil nə desə, onu da edəcəm".

Xatırladaq ki, bir çox mətbuat orqanlarında Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun sabiq deputat Gülər Əhmədovanın əri Fikrət Əhmədov barəsində cinayət işinin açılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməsi barəsində xəbərlər yayılıb.

AzNews.az