Renat Dadaşov Almaniyada növbəti qolunu vurdu

30 Aprel 2017 11:24 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Frankfurt təmsilçisi öz meydanında “Kayserslautern”i qəbul edib. Görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

90 dəqiqə meydanda olan Renat 85-ci dəqiqədə qol vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 33-ə çatdırıb “Ayntraxt” 9-cu pillədəki mövqeyini qoruyub.