Piyadanı vurub qaçdı - Bərdədə

30 Aprel 2017 17:14 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prosbektində qeydə alınıb.

"VAZ-21015" markalı minik maşını Ağdam istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 34 yaşlı gənci vurub. Qəzada ağır bədən xəsarətləri alan rayon sakini Zabil Məmmədov hadisə yerindəcə keçinib. Sürücü hadisə yerindən qaçıb. Rayon polisi sürücünün tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.