Türkiyədə iranlı telekanal rəhbəri öldürüldü- Təfərrüat

1 May 2017 09:39 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İstanbulun Avropa hissəsində şənbə günü axşam baş verib. Qara rəngli cip markalı avtomobil Karimian və onun küveytli şərikinə məxsus avtomobilin qarşısını kəsib. Naməlum avtomobildən enən qara maskalı şəxslər onlara atəş açıblar. Karimian yerindəcə dünyasını dəyişib. Onun şəriki isə, xəstəxanada dünyasını dəyişib. Türkiyə polisi hadisə əlaqədar araşdırmalara başlayıb. Polislər hadisə yerindən 10 kilometr aralıda yanmış qara rəngli cip tapıblar. Polisin məlumatına görə, qətlə Karimianın maliyyə problemləri səbəb ola bilər.

Said Karimian İranda hökümət əlehinə təbliğat aparmaqda günahlandırılır. Ona qarşı 6 il müddətində qiyabi hökm oxunub.

Karimian Böyük Britaniyada yaşayırdı. Onun 17 telekanaldan ibarət "GEM TV" şirkəti fars dilində qərb verilişləri və teleseriallar yayımlayır. Şirkətin tərkibində ərəb və kürd dillərində də kanallar fəaliyyət göstərir. Mərhumun qohumları "BBC" telekanalına bildiriblər ki, iş adamı bir neçə ay imiş ki, İran höküməti tərəfindən hədələrə məruz qalırmış və yaxın günlərdə İstanbuldan Londona qayıtmağı planlaşdırırmış.

Bəxtiyar Abbasov

AzNews.az