41,9 qram heroinlə tutuldu

1 May 2017 12:01 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 41,9 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.