Xarici dil dərsliklərinin hazırlanmasında yeniliklər ediləcək - Nazir açıqladı

1 May 2017 13:28 (UTC+04:00)

“Report” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov qurumun illik hesabat xarakterli tədbirində deyib.

Nazir bildirib ki, ixtisasları əhatə edən təhsilin məzmununa riyaziyyat, informatika və xarici dillərin tədrisi üzrə bir sıra layihələr daxildir: “Onların bəzilərini biz növbəti həftə akademik il ərzindən başlayaraq pilot şəklində həyata keçirməyə başlayacağıq. Məsələn, xarici dilin tədrisində ölkədə ilk dəfə olaraq xarici dil üzrə dərsliklərin yerli mütəxəssislərlə yanaşı, dil daşıyıcıları olan ölkələrdə, şirkətlərdə, universitetlərdə hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan dərsliklərdən isifadə imkanlarına baxırıq. Bu istiqamətdə islahatlar gələcəkdə də davam edəcək”.

AzNews.az