Londonda terror planlaşdıran 3 qadın həbs edilib

1 May 2017 14:44 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, saxlanılan şəxslərin hər üçü 18-19 yaşlarında qadınlardır. London polisinin yaydığı məlumata görə, saxlanılan şəxslər terror törətmək, terror aktına hazırlıq və terrora təhriketmə maddələrində ittiham olunurlar. Hazırda şübhəlilər London yaxınlığında yerləşən polis bölməsində saxlanılırlar. Polis qeyd edib ki, qadınların həbsi bir neçə gün əvvəl keçirilən əməliyyatlar çərçivəsində icra olunub.

Mart ayının 22-sində Londonda törədilən terror aktından sonra hökumət ölkədə təhlükəsizlik xidmətini gücləndirib. Terrorçu Xalid Məsudun avtomobilini yoldan keçənlərin üzərinə sürməsi nəticəsində 5 nəfər ölmüş, onlarla insan yaralanmışdı.

Bəxtiyar Abbasov

AzNews.az