Angela Merkel başını bağlamadı- Müsəlman ölkəsində

1 May 2017 15:07 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel bu hərəkəti ilə Böyük Britaniyanın baş naziri Tereza Meyin addımını təkrarlayıb.

Mey bu barədə açıqlamasında qeyd etmişdi ki, o, bu hərəkəti ilə Səudiyyə Ərəbistanında təzyiqə məruz qalan qadınlara dəstək məqsədi güdür və onlara ilham qaynağı olmağa çalışır.

Səudiyyə Ərəbistanında xarici ölkə vətəndaşlarının bu ölkəyə səfəri zamanı qadınların geyim qaydalarına riayət etməsi icbari şəkildə icra olunur.

Merkel Almaniyada qadınların çadra geyinməsini qadağan edib. Onun sözlərinə görə, bu cür qaydaların Almaniyada tətbiqi qəbuledilməzdir.

“Bu qayda qanun çərçivəsində harada mümkündürsə, qadağan edilməlidir” – deyə Merkel qeyd edib. Almaniya parlamenti ötən həftə ictimai işlərdə, məhkəmə və hərbi xidmətdə çalışan qadınların üzlərini bağlamasını qadağab edən qanun qəbul etmişdi.

Merkel Səudiyyə kralı ilə görüşündə körfəz ölkələri liderini mühacirlərin yerləşdirilməsi məsələsində daha çox işlər görməyə sövq etməyə çalışacaq.

Almaniya son illərdə Suirya, İraq və Əfqanıstandan qaçan yüz minlərlə insana sığınacaq verib.

Bəxtiyar Abbasov

AzNews.az