Rafael Allahverdiyevin nəvəsi ABŞ-da mükafat aldı - Foto

1 May 2017 21:40 (UTC+04:00)

AzNews.az teleqraf.com-a istinadən xəbər verir ki, film festivalda uğurla nümayiş olunub. Hyuston şəhərində keçirilən festivalda filmimizi Təhminə Bədəlova təmsil edib.

"İçəri Şəhər" filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2016-cı ildə lentə alınıb.

Ekran əsəri ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalının (SEEfest) əsas müsabiqə proqramına dəvət alıb. Film Misirin 38-ci Qahirə, Estoniyanın 20-ci Tallin "Qaranlıq gecələr", Hindistanın 8 beynəlxalq film festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci "Van gölü" Beynəlxalq Film Festivalının "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb.

Filmdə digər rolları Mehriban Zəki, Elmira Şabanova canlandırırlar.

Qeyd edək ki, filmin ideya və ssenari müəlliflərindən olan Təhminə Rafaella Bakının keçmiş meri Rafael Allahverdiyevin nəvəsidir.