Gömrükdə 3400 siqaret aşkarlandı

2 May 2017 10:56 (UTC+04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətinə bəyan edilməyən, 3400 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.