Kirkorov hədiyyələrini yük avtomobillərində apardı- FOTO

2 May 2017 13:29 (UTC+04:00)

AzNews.az xarici mətbuata istindaən xəbər verir ki, müğənninin doğum günü Böyük Kreml Sarayında keçirilən möhtəşəm təbdirlə yadda qalıb. Pop-ulduzun yubileyinə mindən çox qonaq gəlib. Qonaqlar, əsasən, Rusiyanın mədəniyyət xadimləri və şou-biznes əhlindən təşkil olunub.

İddialara görə, müğənni tədbirin təşkilinə 700 milyon dollardan çox xərc çəkib. Təkcə dəvətnamələrə 88 min dollara yaxın pul ödənilib. Hər bir dəvətnamədə xüsusi videoekranda yerləşdirilib. Elə həmin videoekranda Kirkorov dəvətliləri salamlayıb. Hər bir bu cür açıqcanın qiyməti isə 87 dollar təşkil edir.

Qonaqlara təqdim olunan süfrəyə azı 175 min dollar xərclənib.

Tacşəkilli doğum günü tortunun çəkisi 400 kiloqram təşkil edib və üzərində “Mən” sözləri yazılıb.

Müğənnini, eyni zamanda, onun keçmiş həyat yoldaşı Alla Puqaçova da təbrik edib.

Kirkorov Alla Puqaçovanı öpdükdən sonra Primadonnanın qarşısında diz çöküb. Kirkorova təqdim olunan hədiyyələrin sayı o qədər çox olub ki, onları daşımaq üçün yük avtomobilləri çağırılıb.

Bəxtiyar Abbasov

AzNews.az