Reyd zamanı sürücü polislə mübahisə etdi - “Bəs biz nə ilə gedək?”

2 May 2017 14:31 (UTC+04:00)

ARB TV xəbər verir ki, normadan artıq sərnişin yığmaqla yaratdığı təhlükənin fərqində olmayan belə sükan sahiblərinə keçirilən reyd zamanı az rast gəlinməyib.

Sakin: “Nə ilə gedək bəs? Maşın verin gedək”.

Bakı-Qazax magistralının Goranboy rayonu ərasizində yol polisinin keçirdiyi reyd Gəncə istiqamətinə qanunu pozaraq sərnişin daşıyan iri və orta tutumlu ictimai nəqliyyat vasitələrinin sürücülərinin məsuliyyətə cəlb edilməsinə səbəb olub.

Vüqar Hüseynov- Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi: “Sürücülərə tövsiyə odur ki, sərnişin daşıma qaydalarını pozmasınlar. Maşınlara əlavə avadanlıqlar qoşmasınlar və gündəlik xəttə çıxan zaman həkim müayinəsindən keçsinlər”.

Reyd zamanı 30 halda inzibati qaydanın pozulması aşkar edilib. Bunlardan 9-u sərnişindaşıma qaydalarının pozulması, 4 protokol avtomobilin konstruksiyasına əlavə avadanlıqların qoşulması, qalan hüquqpozmalar isə ötmə, manevr etmə qaydalarının pozulması, sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi olub.

AzNews.az