Spiker Zahid Oruca cavab verdi - “Heç qorxağa oxşamırsan”

2 May 2017 14:48 (UTC+04:00)

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır: “Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır”.

Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: “Heç qorxağa oxşamırsan, görürsən, danışırsan”.

Deputat Tahir Kərimli çıxışında deyib ki, qanun layihəsində bəzi məsələlər izah edilməlidir: “Layihədə “kobud pozuntu” ifadəsinə rast gəlinir. Bu nə deməkdir? Deputat bilməlidir ki, kobud pozuntu hansı hallarda baş verir”.

AzNews.az