Türkiyəli iş adamlarının Yunanıstana “köçü” başlayıb- “The Times”

2 May 2017 16:29 (UTC+04:00)

AzNews.az “Hurriyet” saytına istinadən xəbər verir ki, məqalədə yeni il gecəsi “Reina” gecə klubuna İŞİD terror təşkilatının hücumundan sonra klubun sahibi Mehmet Koçarslanın siyası iradəsizlik səbəbindən Yunanıstana sərmayə yatıraraq bu ölkəyə köçmək istəyən bir çox iş adamının olduğunu bəyan etməsi yer alıb. “Reina” klubunun bağlanmasından sonra Koçarslan Mikonos adasında yeni bir əyləncə məkanı açmağa hazırlaşır.

Bundan başqa, Yunanıstan mətbuatında “Türklər Mikonosa hücum edir!” başlıqlı yazıların da sayı artır.

Yunanıstanlı maklerlər 16 aprel Türkiyədə konstitusiya dəyişikliklərini nəzərdə tutan referendumdan sonra Türkiyəli iş adamlarının mütəmadi telefon zəngləri etdiklərini deyirlər.

Afinanın nəhəng İnterCasa əmlak şirkətinin rəhbəri Mina Bougonikolou ötən il Türkiyədə hərbi çevrilişə cəhddən sonra Türkiyəylə bağlı işlərdə çox sayda artımın olduğunu bəyan edib:

Ancaq referendumdan sonra daha böyük dalğa gəlir. Narahatdırlar, bir ayaqlarının Avropada olmasını istəyirlər.