Qanunsuz silahlı birləşmələrə qoşulanlar barədə - Açıqlama

2 May 2017 17:00 (UTC+04:00)

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bu istiqamətdə ideoloji qurumların, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və bu sahəyə aid qurumların apardığı təbliğat-təşviqat işi, həmçinin hüquq-mühafizə orqanlarının profilaktik tədbirləri, medianın yaydığı izahatedici məlumatlar öz təsirini göstərib və qeyri-qanuni silahlə dəstələrə qoşulanlar yoxdur:

“Qanunvericiliyə də bununla bağlı əlavə və dəyişikliklər oldu. Bütün bunların nəticəsində son dövrlərdə qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar olmayıb. Qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün təbliğat aparan, vasitəçilik edən adamlar da tədricən sıradan çıxıb və yaxud da kənara çəkiliblər. Həmçinin, Azərbaycan ictimaiyyəti də bu məsələdə öz sözünü deyib”.

AzNews.az