Sabirabadda körpə su gölməçəsinə düşdü, təcili reanimasiyaya yerləşdirildi

2 May 2017 19:36 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı kəndində baş verib.

Baxımsız qalan 2016-cı il təvəllüdlü Mehdiyev Elton Elçin oğlu üzü üstə su gölməçəsinə yıxılıb. Uşaq boğulma-asfeksiya diaqnozu ilə ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.