Putinlə Tramp arasında telefon danışığı olub

2 May 2017 22:52 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu Trampın Putinlə inaqurasiya mərasimindən sonra 3-cü telefon danışığıdır.

Liderlər Suriyada terrorizmlə mübarizədə Rusiyanın və ABŞ-ın birgə fəaliyyət perspektivləri, həmçinin Koreya yarımadasında vəziyyəti müzakirə etdilər. Putin mövcud gərgin vəziyyətin səviyyəsini aşağı salmağa çağırıb.