Məşhur modelyerin 14 milyonluq malikanəsini kirayələmək olar - Foto

3 May 2017 00:00 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 mərtəbəli villa Monte-Carlo çimərliyinə yaxın yerləşir. Malikanədən Monako knyazlığına, Aralıq dənizinə möhtəşəm mənzərə açılır.

Villa 6 yataq otağı, 5 hamam otağından ibarətdir. Karl Laqerfeld bu villanı 1986-cı ildə 14 milyon dollara alıb. Son dövrlər bu villa otel kimi işlədilib, həmçinin müxtəlif sərgilər keçirilib.