Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

3 May 2017 10:24 (UTC+04:00)

Palatadan Trend-ə verilən məlumata görə, memorandumun məqsədi bu sahədə qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsi və birgə tədbirlərin genişləndirilməsidir.

Memoranduma uyğun olaraq birgə əməkdaşlıq çərçivəsində tərəflər cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə sorğu əsasında məlumat və sənəd mübadiləsinin aparılması, müvafiq sahədə vahid məlumat bazasının formalaşdırılması sahəsində əməkdaşlıq edəcək.

Bununla yanaşı, memoranduma əsasən tərəflər səlahiyyətləri çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı işçi görüşlər, elmi–praktiki konfranslar və seminarlar təşkil edəcək.

AzNews.az