“Türk Hava Yolları” icazə verilən baqajın çəkisini azaltdı

3 May 2017 10:32 (UTC+04:00)

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu yenilik iyulun 1-dən etibarən tətbiq ediləcək.

Berlin Türk Səyahət Agentliklərinin direktoru Necati Kaya bildirib ki, "Türk Hava Yolları"nın səyahətçi kütləsinin böyük hissəsini Avropa ölkələrində yaşayan türklər təşkil edirlər.

"Türklərin də baqajları digər sərnişinlərlə müqayisədə daha ağır olur. Türk sərnişinlər artıq biletdən savayı baqaja görə də əlavə rüsum ödəməli olacaqlar", - deyə N.Kaya əlavə edib.

AzNews.az