Bakıda restorandan seyf oğurladılar - İçərisində 40 min manat olub

3 May 2017 11:56 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunan Mirzə Mirzəzadə tutulublar.