AzNews.az Modern.az-a istinadən xəbər verir ki, insidentə səbəb polis əməkdaşının gənc oğlanı xidməti otağa aparması olub. Bu zaman gəncin yanında olan anası polisə müqavimət göstərib, oğlunun buraxılmasını tələb edib.
Polis səs-küy salan həmin xanımı da otağa aparıb. Hadisə yerinə çox sayda insan toplaşıb, stansiyanın çıxışında sıxlıq yaranıb. Daha sonra polis insanları ərazidən uzaqlaşdırıb. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.