"Qırğın edirlər, qoymurlar bazardan çıxmağa" - Lənkəranda reyd - Video

3 May 2017 23:48 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, iri və kiçik tutumlu avtobuslara qarşı keçirilən reyd rayon ərazisini əhatə edib. Reyd zamanı yol polisi əməkdaşları avtobuslara normadan artıq şərnişin götürən sürücüləri saxlayaraq barələrində tədbir görüblər.

Tofiq Abbasov - Sürücü: "Mən demirəm minin. Deyir işə tələsirəm minməliyəm. Mən nə edim? Maşından düşürüm?"

Raqib Abbasov - Sürücü: "Bazarda demişəm minməyin, ayaq üstə qalmayın. Qırğın edirlər, qoymurlar bazardan çıxmağa. Deyirlər ki, bəs biz nə ilə gedək?"

Bundan başqa qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar saxlanılaraq cərimələniblər.

Bəzi sürücülərin sənədləri olmadığından nəqliyyat vasitələri birbaşa cərimə meydançasına aparılıb.

Ümumilikdə reyd zamanı 52 qayda pozuntusu aşkarlandı. Bunlardan 14-ü sərnişindaşıma qaydalarının pozulması, 5-i avtomobilin texniki baxışdan vaxtında keçirilməməsi, 3-ü avtomobilin sığorta olunmaması və digər qayda pozuntusu ilə bağlı olub.