700 bal toplayan qız: "Xaricdə oxumaq istəyirəm"

4 May 2017 00:00 (UTC+04:00)

AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, qəbul imtahanda bütün suallara doğru cavab verməklə rekorda imza atan abituriyentlərdən biri Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Məmmədzadə Arzu Ramil qızıdır. O, II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında ən yüksək - 700 bal toplayıb.

A.Məmmədzadə bildirib ki, qəbul imtahanından 700 bal toplaması ona və ailəsinə böyük sevinc bəxş edib.

"Sevincimin həddi-hüdudu yoxdur. 2 ildir ki, gecə-gündüz hazırlaşıram. Allaha şükürlər olsun ki, əziyyətim hədər getmədi. İmtahanda çətinlik çəkmədim. Sualların hamısını bilirdim".

A.Məmmədzadə xaricdə oxumaq istədiyini deyib: "Təhsilimi xaricdə davam etdirmək istəyirəm. Əgər alınmasa, Azərbaycanda bakalavrı oxuyub, magirstraturanı xaricdə davam etdirərəm".

Hansı ali təhsil müəssisəsini seçəcəyinə gəlincə, A.Məmmədzadə hələ qərar vermədiyini deyib.

"Hansı ixtisas və universitetdə oxumaq barədə qərar verməmişəm. Amma beynəlxalq münasibətlər fakültəsində oxumaq istəyərəm. Müəllimlərimlə məsləhətləşib, son qərarımı verəcəyəm"