Sirkə turşusu içən qadın 10 gün sonra öldü

4 May 2017 10:28 (UTC+04:00)

APA-nın məlumatına görə, Şamaxı rayon sakini, 31 yaşlı Aynurə Əzizağa qızı Qəniyeva 10 gün əvvəl sirkə turşusu içib.

Xəstəxanaya yerləşdirilən A. Qəniyeva ötən gün dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az