II Yelizavetanın əri istefa verdi

4 May 2017 13:36 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Bukingem Sarayının məlumatına görə, şahzadə Filip özü şəxsən bu barədə qərar qəbul edib. Şahzadənin qərarına kraliça IIYelizaveta da dəstək olub. Şahzadə avqust ayına qədər olan öhdəliklərini yerinə yetirəcək, lakin daha sonra heç bir dəvətnamə qəbul etməyəcək. Şahzadə 780-dən çox təşkilatın prezidenti və ya üzvüdür. Onun 96 yaşı var.

Bəxtiyar Abbasov

AzNews.az