Türkiyə Rusiyadan buğda gətirilməsinə qoyulan məhdudiyyəti ləğv etdi

4 May 2017 13:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi məlumat verib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğda və qarğıdalıya tətbiq edilən gömrük rüsumu 130, düyüyə 45, lobyaya 9,7 faiz təşkil edir.

Ötən gün Soçidə görüşən Ruisya Prezidenti Vladimr Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iki ölkə arasındakı ticarət əlaqələrindəki məhdudiyyətin aradan qaldırılmasını müzakirə ediblər. Türkiyədən Rusiyaya pomidor idxalı ilə bağlı məhdudiyyət hələ götürülməyib.

Məhdudiyyətlər ötən il Türkiyə qırıcı təyyarəsinin Suriya səmasında Rusiya hərbi təyyarəsini vurduqdan sonra cavab addımı kimi atılıb.