Alonso ilk testlərdə iki quşu öldürüb - Video

4 May 2017 15:16 (UTC+04:00)

Asfalta qonmuş quşlar yüksək sürətlə yaxınlaşan maşını gördükdə səmaya qalxmağa cəhd ediblər, amma hər ikisi Fernando Alonsonun maşınının təkərləri altında qalıblar. Sürücünün bəxti gətirib – quşlardan hər hansı biri sürücünün dəbilqəsinə dəysəydi, sürücü ağır zədə ala bilərdi.

AzNews.az F-1.az-a istinadən xəbər verir ki, quşlar yerindəcə ölüblər. İnsidentdən dərhal sonra Andretti Autosport komandası sürücünü boksa çağırıb, mexaniklər maşını təmizləmək üçün çalışmalı olublar.