Xocalı Soyqırımının tanınmasına dair petisiyanı dəstəkləyək

10 İyul 2017 09:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb.

Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir.

Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün http://www.change.org. saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.

Qeyd edək ki, Rusiyanın Dövlət Dumasında sözügedən soyqırıma baxılması üçün bu petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır.

9 milyonluq əhali üçün 200 min imzanı 6 ay ərzində toplamaq qəliz məsələ deyil, əksinə məqsədə daha tez nail oluna bilər.

Azərbaycan vətəndaşlarını aşağıdakı linkə daxil olaraq petisiyanı dəstəkləməyə (imzalamağa) çağırırıq.

https://www.change.org/p/%D0%B3%D0%BE%D1%81%D1%83%D0%B4%D0%B0%D1%80%D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D0%B0%D1%8F-%D0%B4%D1%83%D0%BC%D0%B0-%D1%84%D1%81-%D1%80%D1%84-%D0%BF%D1%80%D0%B8%D0%B7%D0%BD%D0%B0%D1%82%D1%8C-%D0%B3%D0%B5%D0%BD%D0%BE%D1%86%D0%B8%D0%B4-%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%86%D0%B5%D0%B2-%D0%B2-%D1%85%D0%BE%D0%B4%D0%B6%D0%B0%D0%BB%D1%8B-25-26-%D1%84%D0%B5%D0%B2%D1%80%D0%B0%D0%BB%D1%8F-1992-%D0%B3%D0%BE%D0%B4%D0%B0