SIM-kart alışı sadələşdirildi

4 May 2017 21:54 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, sadələşdirilmiş üsul turist və iştirakçılara mobil nömrələri bir ay ərzində rəsmiləşdirmə zərurəti olmadan almağa imkan verəcək: "Bu yenilik iyunun 1-dək davam edəcək, ondan sonra nömrə sahibləri mobil rabitə xidmətlərinin təchizatçısı ilə müqavilə bağlamalıdır".

Xarici vətəndaşlar SIM-kartı şəxsiyyəti təsdiq edən dörd sənəddən birini - miqrasiya kartı, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya müvəqqəti qeydiyyat haqqında sənədi təqdim etməklə ala bilər.